!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

!Reklam – Yazi

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi öz peşə bayramını qeyd edir.

Yenicag.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Nazirliyin kollektivini təbrik edir, onlara uğurlu fəaliyyətlərinin davamını arzulayırıq! Peşə bayramınız mübarək, əziz ekoloqlar!

 

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv