!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əksəriyyəti keçmiş məhbuslar olan “Vaqner”çilər döyüşlərdə ağır itki verirlər” – Ukrayna kəşfiyyatı

!Reklam – Yazi

“Ukraynaya qarşı müharibəyə “Vaqner”in 8 minə yaxın müzdlu döyüşçüsü cəlb olunub”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu məlumat Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin Rusiyaya məxsus “Vaqner” özəl hərbi şirkətinin müharibədə iştirakına dair hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, döyüşlərdə ağır itki verən “Vaqner” öz sıralarını doldurmaq üçün keçmiş məhbuslardan yeni muzdlular yığır:

“Vaqner” muzdlularının böyük hissəsini keçmiş məhbuslar təşkil edir və döyüşlərdə daha çox itkini də onlar verir.

Ukraynaya qarşı müharibəyə “Vaqner”in 8 minə yaxın müzdlu döyüşçüsü cəlb olunub. Onların əksəriyyəri birbaşa döyüş xəttində yerləşdirilib və əsas vəzifələri sayca az olan müqavilə üzrə xidmət keçən hərbçilərə dəstək olmaqdır.

Eyni zamanda, “Vaqner”in hücum birliklərinin əsasını da keçmiş məhbuslardan ibarət muzdlular təşkil edir”.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv