!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eksklavların mübadiləsi mümkündür? - Konstitusiya Məhkəməsindən ÖZƏL AÇIQLAMA - VİDEO

!Reklam – Yazi

Azərbaycan Konstitusiya Məhkəməsi eksklav kəndlərin mübadiləsi ilə bağlı açıqlama yayıb. 

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Konstitusiya Məhkəməsi Aparatının baş məsləhətçisi Orxan Rzayev İTV-yə açıqlamasında fikirlərini səsləndirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən parlaq qələbədən sonra Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilən bütün ərazilərdə təmin edildi.

“4 eksklav kəndin mübadilə məsələsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinin 3-cü hissəsini qeyd etmək lazımdır. Belə ki, bu maddəyə əsasən, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz və Azərbaycan Respublikasının ərazisinin hər hansısa bir hissəsi heç bir şəkildə kiməsə verilə bilməz.

Yalnız Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə əhali arasında referendum keçirilməsi yolu ilə dövlət sərhədlərinin dəyişdirilməsinə qərar verilə bilər”, – deyə baş məsləhətçi bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv