!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ekspres ucuzluq”un UCUZ ŞOUSU: İnsanları belə aldadırlar – VİDEO

!Reklam – Yazi

Bakıda “Ekspres ucuzluq” adlı mağazanın önündə izdiham yaşanıb.

Yenicag.az xəbər verir ki, paytaxtın Tbilisi prospektində yerləşən “Ekspres ucuzluq” adlı mağaza böyük endirim vədi ilə insanların diqqətini cəlb edib.

Endirim kampaniyası ilə bağlı mağazaya axın edən insanlar burada gözləmədikləri mənzərə ilə qarşılaşıblar.

Belə ki, mağaza sahib(lər)i insanları içəri buraxmayıb. Anlaşılan odur ki, bu qədər izdihamın yaşanacağını təxmin etməyən mağaza sahibi son anda “ucuz şou”sundan vaz keçib.

Vətəndaşların bəziləri içəri keçsə də, onlarla mağzada qeyri-insani rəftar edilib. Sonda açıqlama vermək məcburiyyətində qalan vəzifəli isə ilk öncə mağazanın bağlandığını söyləyərək onlara sabah gəlmələrini “tövsiyə” edib. Vətəndaşlar isə ona etiraz edib, mağazanın içində onlarla belə “mədəni” danışmadıqlarını vurğulayıblar.

Videonu təqdim edirik:

www.yenicag.az

895
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv