!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlbir olub bir “Ayı” “Molla” ilə: “Yanlış siyasət onları bir-birinə möhtac edib”

!Reklam – Yazi

“Rusiya Ukrayna müharibəsində təklənib. Tam təcrid olunmuş vəziyyətdədir. Dünyanın heç bir ölkəsi Rusiyanın aqressiv siyasətini dəstəkləmir”.

Bu fikirləri rusiyalı politoloq Sergey Markovun İranın Rusiya üçün o qədər də önəmli ölkə olmadığı ilə bağlı sözlərinə münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, hər iki ölkənin həyata keçirdiyi yanlış siyasət İran və Rusiyanı bir-birinə möhtac hala gətirib:

“Əlbəttə ki, İran Rusiya üçün o qədər vacib ölkə deyil. Çünki İranın həyata keçirdiyi siyasət bəzi xarakterlərinə görə Rusiyaya bənzəsə də, digər tərəfdən teokratik və məzhəbçi siyasət həyata keçirməsini Rusiya da qəbul etmir. İranın bu addımlarının sonradan Rusiya daxilində yaşayan şiə əhalisi arasında da İran təsirlərinin artması ilə nəticələnə biləcəyindən ehtiyatlana bilər.

Sadəcə olaraq Rusiya Ukrayna müharibəsində təklənib. Tam təcrid olunmuş vəziyyətdədir. Dünyanın heç bir ölkəsi Rusiyanın aqressiv siyasətini dəstəkləmir. Ona hərbi müdafiə sənayesi baxımından heç bir formada kömək etmir. Rusiya İranın yararsız “Şahid” pilotlarının ümidinə qalıb.

Bu baxımdan, vəziyyəti hazırkı dövrdə Rusiyanın üzləşdiyi çətin şəraitdə İrana məcburi yaxınlaşması hesab edə bilərik. Eyni zamanda, hər iki ölkənin həyata keçirdiyi yanlış siyasət nəticəsində özlərini təcrid etməsi bu gün İran və Rusiyanı bir-birinə möhtac hala gətirib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv