!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlçatmaz ixtisaslar ƏLÇATAN OLDU: “Bu il qəbul ballarının enmə səbəbi...” - ŞƏRH

!Reklam – Yazi

“İxtisasların prestijinin aşağı düşməsi birdən-birə yox, tədricən, pillə-pillə baş verir”.

Bu sözləri bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrində bəzi ixtisaslara keçid ballarının gözlənilməz şəkildə aşağı düşməsi məsələsini şərh edərkən təhsil eksperti Cahid İmanlı Yenicag.az-a açıqlamasında deyib.

O, keçid ballarının aşağı düşməsinin bir neçə səbəbdən baş verdiyini bildirib:

“İxtisaslara keçid ballarının formalaşması abituriyentlərin ilbəil topladığı ballara görə müəyyənləşdirilir. Cari il üçün imtahanın çətin və ya asan olması da buna ən böyük təsir göstərən amillərdən biridir. Bu il qəbul ballarının enməsi məhz bununla bağlıdır. Adətən, ixtisasların prestijinin aşağı düşməsi birdən-birə yox, tədricən, pillə-pillə baş verir. Anidən hansısa bir ixtisasın prestijinin itməsi məsələsi gündəmdə deyil.

Bu il xüsusən də birinci qrup üzrə balların aşağı düşməsinin əsas səbəbi buraxılış və blok imtahanlarının çətin olması və ümumilikdə abituriyentlərin bu qrup üzrə nisbətən az bal toplamasıdır. 600 ballıq ixtisaslardan tutmuş 300-400 ballıq ixtisaslara qədər eyni hal müşahidə olunurdu”.

Sadiq Cavadov

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv