!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlcəzair və Rusiya birgə hərbi təlim keçirir

!Reklam – Yazi

Əlcəzairin Müdafiə Nazirliyi Aralıq dənizində Rusiya ilə 4 günlük birgə hərbi təlimin başladığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, “Rusiya donanmasına aid bir qrup döyüş gəmisi 2022-ci il ortaq dəniz təlimini keçirmək üçün Əlcəzair limanına yanaşdı”, – qeyd olunub.

Təlimin Əlcəzair Milli Xalq Ordusu Hərbi Dəniz Qüvvələri ilə Rusiya Hərbi Dəniz Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyi vurğulanaraq, birgə hərbi dəniz təliminin 4 gün davam edəcəyi bildirilib.

Bəyanatda təlimlə bağlı əlavə təfərrüatlar verilməyib./Unikal/

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv