!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçibəyin adından kim öz marağı üçün istifadə edir?

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının başqanı Arif Hacılı təsisçilərindən biri olduğu Elçibəy İnstitutundan istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə Arif Hacılı özü məlumat yayıb.

Müsavat başqanı istefasının səbəbini belə izah edib: “Səbəb Elçibəy İnstitutunun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsidir”.

Məslə ilə bağlı Elçibəy İnsitutunun həmtəsisçilərindən biri, Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov “Yeni Sabah”a açıqlamasında Müsavat başqanının iddialarına münasibət bildirib:

“Məncə, bu məsələlərə Arif bəyin özü aydınlıq gətirsə, yaxşı olar. Mən onun axşamkı statusu ilə tanış olmuşam, lakin nə baş verdiyi ilə bağlı xəbərim yoxdur, eləcə də kimi nəzərdə tutduğu haqqında məlumatlı deyiləm. Ona görə də bu suallara cavab vermək mənim üçün çətindir”.

O, aydınlaşdırıb ki, Elçibəy İnstitutunda yalnız Müsavat Partiyasının üzvləri yoxdur:

“Orada digər partiya üzvləri və hansısa bir siyasi partiyada təmsil olunmayan müstəqil şəxslər də təmsil olunur ki, onlardan biri də mənəm. Bu baxımdan, Arif bəyin nəyi və yaxud kimi nəzərə tutduğu mənə məlum deyil. Fikrimcə, Arif bəyin bu məsələlərə aydınlıq gətirməsi daha məntiqli olardı”.

Müsahibimiz əlavə edib ki, Elçibəy İnstitutu Əbülfəz Elçibəyin irsini tədqiq etmək, araşdırmaq və təbliğ etmək kimi qarşısına vəzifələr qoymuş bir qurumdur:

“İndi onun fəaliyyəti nə qədər effektivdir və qoyulan işlərin öhdəsindən gəlir, əlbəttə ki, bu sualların cavabını cəmiyyət daha doğru verə bilər. Elçibəy İnstitutu siyasi bir təşkilat deyil və orada hansısa siyasi maraqlar yoxdur ki, bu qurumda fikirlər toqquşsun və bununla bağlı problemlər olsun. Yəni Arif bəyin istefasının əsas səbəblərini deyə bilmərəm”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, AXC hakimiyyəti dönəmində dövlət katibi işləmiş Pənah Hüseyn də hadisədən xəbərsiz olduğunu dilə gətirib:

“Arif bəyin söylədiklərini də heç oxumamışam. Yəqin ki, Arif bəyin özü aydınlıq gətirər, çünki mənim bu haqda şərhim yoxdur”./yenisabah

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv