Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elçibəyin bu videosu heç bir yerdə yoxdur

Azəri Türk Qadınlar Birliyi arxivini açır

Yenicag.az xəbər verir ki, tenzilerüstemhanlı.az saytı Azəri-Türk Qadınlar Birliyinin arxivindən maraqlı video paylaşıb. Təqdim olunan bu video 1999-cu ildə, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda keçirilən konfransda qeydə alınıb. “Millət, dil və din” mövzusunda keçirilən konfransda əsas diqqət artan missioner fəaliyyətlərinə həsr olunub.

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin bu mövzuda çıxışının damğa vurduğu konfransda ölkənin tanınmış simaları iştirak edir.

Elçibəyin dinlə bağlı fikirlərini diqqətlə izlədikdə, Böyük Bəyin sanki günümüzdə yaşananları 15 il öncədən gördüyünün şahidi oluruq. Eləcə də, Tənzilə Rüstəmxanlının o zaman qaldırdığı problemlərə diqqət yetirilsəydi, bu gün Suriyada ölənləri, missionerlərin ovuna çevrilmiş vətəndaşları müzakirə etməzdik.

 

 

www.yenicag.az

449