!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçibəyin qardaşı qızı AMEA-nı MƏHKƏMƏYƏ VERDİ: Əssasız yerə işdən çıxarılıb - AÇIQLAMA

!Reklam – Yazi

Mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədova AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini məhkəməyə verib.

Bu barədə Yenicag.az-a Səadət Məmmədovanın vəkili Ülviyyə Mirzəliyeva məlumat verib.

Vəkil qeyd edib ki, Səadət Məmmədova qərəzli şəkildə muzeydəki işindən çıxarılıb:

“Məmmədova Səadət Murad qızı 1973 –cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix muzeyində ilk əmək fəaliyyətinə zal növbətçisi vəzifəsindən başlamış, daha sonra lobarant, böyük lobarant və elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Bir sıra elmi məqalələrin, elmi işlərin müəllifi olmuşdur. Ölkəmizin ən çətin dönəmində milli ruhun yaranmasında əməyi olmuşdur.

Lakin 2019-cu ildən başlayaraq ona rəhbərlik tərəfindən mənəvi təzyiqlər olmuş, 2019-cu ilin 16 aprel tarixində Muzeyin Etnoqrafiya Elmi Fond Şöbəsinin 12-ci dərəcəli elmi işçisi olduğu halda, heç bir əsas göstərilmədən kitabxanaya 9-cu dərəcəli Böyük Lobarant vəzifəsinə keçirilmişdir. 2021-ci ilin iyun ayının 25-də kitabxana 9-cu dərəcəli Böyük Lobarantı vəzifəsindən Etnoqrafiya və Elmi Fond şöbəsinə keçirilmişdir. Demək olar ki, Nailə Vəlixanlı 2019-cu ildən 2022-ci ilə qədər muzeyin daxilində gah vəzifəsi aşağı salmış, gah da bir şöbədən digərinə keçirilərək mənəvi təzyiq altında qoymuşdur ki, könüllü olaraq ərizə yazıb işdən çıxsın.

Lakin bunun baş vermədiyini gördükdə 2022-ci ilin 5-8 aprel tarixlərində keçirilmiş Attestasiyanın nəticələrinə əsaslanaraq Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, tutduğu vəzifəsindən azad edilmişdir.

Səadət Məmmədovanın vəzifəsindən azad edilməsi qərəzlidir. Çünki həmin tarixdə 94 nəfər əməkdaş attestasiya olunmuş, onlardfan dördü tutduğu vəzifəyə uyğun olmamış və başqa vəzifəyə keçirilməsi tövsiyyə olunmuşdur. Yalnız Səadət Məmmədova işdən azad olunmağa tövsiyyə edilmişdir”.

Hakim Şahin Abdullayev

Səadət Məmmədova bu qərardan narazı qalaraq işə bərpa iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edib. İş hakim Şahin Abdullayevin icraatına verilib və 16.08.2022 tarixində hazırlıq iclası keçirilib. Növbəti məhkəmə baxışı isə sentyabrın 22-si, saat 15:00-a təyin olunub.

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv