!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçin Mirzəbəylinin iştirakı ilə poeziya axşamı keçirildi - FOTO

!Reklam – Yazi

Bu gün “Ədibin evi”ndə tanınmış şair, əməkdar jurnalist Elçin Mirzəbəylinin iştirakı ilə poeziya axşamı baş tutub. 

Məkanın direktoru Şəfəq Mehrəliyeva ilk olaraq “Ədəbin evi” haqda qonaqlara ətraflı məlumat verib.

O bildirib ki, mərhum alim Mir Cəlal Paşayev 1920-1940-cı illərdə bu evdə yaşayıb. Bir neçə il öncə isə Mir Cəlal Paşayevin ailəsi tərəfindən təmir edilərək ədibin anadan olmasının 109-cu ildönümündə ev-muzeyi kimi istifadəyə verilib. Şəfəq Mehralıyeva qeyd edib ki, “Ədibin evi”ndə ilk dəfədir ki, poeziya günü təşkil edilir və ilk qonaq Elçin Mirzəbəyli seçilib.

Görüşdə çıxış edən şair zəngin poeziya dünyası haqda danışıb. Bəzi şeirlərini öz dilindən səsləndirib.

Elçin Mirzəbəyli qeyd edib ki, “Özgə adam” kitabının təqdimatı oktyabr ayında baş tutacaq.

Görüşdə şairin dostları, jurnalistlər iştirak edib.

Elçin Mirzəbəyli ilə görüşdən fotoları təqdim edirik:

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv