!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Əzizovu aldadıblar? - Bakı meri məsuliyyəti hansı qurumlara “yüklədi”?

!Reklam – Yazi

Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli idi və BŞİH hər vəziyyətə hazır idi.

Yenicag.az xəbər verir ki, bunu  Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib. O qeyd edib ki, Bakıda 12 saat yağan qar müəyyən mənada fövqəladə vəziyyət kimi qiymətləndirilməlidir.

“Fevralın 24-ü gecə saatlarından BŞİH əməkdaşları, rayon icra hakimiyyətlərinin başçıları və aparatının işçiləri, kommunal sahədə çalışanlar səhərə kimi işlədilər. Onun nəticəsidir ki, 24-ü səhər saatlarında tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi”.

E.Əzizovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, uzun zamandan sonra Bakıda 12 saat dayanmadan qar yağdı və bəzi yerlər bir neçə dəfə təmizlənməli oldu:

“Təbii ki, biz öz zəif yerlərimizi də görürük, ancaq buna baxmayaraq, kommunal xidmətin işçiləri öz vəzifələrini yükəsk səviyyədə yerinə yetirdilər.

Qeyd edək ki, iki günlük qarlı Bakı sinifdə qaldı.

Belə ki, paytaxtın bir çox rayonlarında su, elektrik və qaz kəsintisi yaşandı.

Sərnişindaşımada da problemlər yaşandı. İnsanlar yollarda qaldı.

Belə olan təqdirdə Bakının meri hazır olduqlarını deyirsə, ortada iki sual meydana çıxır. Ya Eldar Əzizov Bakının deyil, Londonun, ya da Frankfurtun meridir və “hazırıq” deyərkən, o şəhərlərdən birini nəzərdə tutub, ya da suyun “Azərsu”nun, işığın “Azərişıq”ın, qazın “Azərqaz”ın, sərnişindaşımanın BNA-nın nəzarətində olduğunu əsas gətirib, sakinlərin yaşadıqları problemin onlara aidiyyatı olmadığını dilə gətirib.

Bütün bunlar hamısı ayrı-ayrı qurumlara aiddirsə, o zaman BŞİH nəyə və necə hazır olub?..

www.yenicag.az

2045
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv