Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Eldar Həsənov məhkəmədən xərəkdə çıxarıldı - FOTO

Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Eldar Həsənov ifadə verməyə davam edib. O, səhhətindəki problemlərin daha da kəskinləşdiyini deyib və xəstəxanaya köçürülməsini istəyib.

Hakim isə bildirib ki, onun xəstəxanaya köçürülməsi üçün ekspertiza rəyi olmalıdır: “Eldar müəllim, bunun üçün tibb ekspertizasının rəyi lazımdı. Bu rəy isə yoxdur. Ona görə də sizin xəstəxanaya köçürülməyiniz mümkün deyil. Vacib deyil ki, sizin məhkəməniz günün sonuna qədər keçirilsin. Nə qədər imkanınız çatır, o qədər keçirərik prosesləri. Amma siz məhkəmədə olmalısınız”.

İttihamları qəbul etmədiyini deyən E.Həsənov əlavə edib ki, istintaq dövründə istər ölkədə, istərsə də xaricdə xeyli insan dindirilib. Onların arasında bir nəfər də onu tanıdığını, onunla görüşdüyünü deməyib.

Eldar Həsənovun vəkili onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi haqda vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.

Daha sonra Eldar Həsənovun durumu pisləşib, məhkəməyə təcili yardım çağırılıb. Həkimlər onun təzyiqinin kəskin yüksəldiyini bildirib. Sabiq səfirə xərəkdə uzandırılaraq, oksigen balonu qoşulub. Həkimlər bu vəziyyətdə məhkəmədə iştirakının mümkün olmayacağını deyib. Bu səbəbdən məhkəmə sentyabrın 20-nə qədər təxirə salınıb.

Məhkəmədən sonra sosial şəbəkədə Eldar Həsənovun məhkəmə binasında xərəkdə fotosu yayılıb./Musavat.com/

Qeyd edək ki, Eldar Həsənovun qızı Səbinə Hüseynova özünün “Facebook” hesabında etdiyi paylaşımda atasının ağır vəziyyətdə məhkəməyə gətirilməsini ədalətsizlik adlandırıb:

“Bu gün atam Eldar Həsənovun qondarma itthamlarla bağlı növbəti məhkəməsi oldu. Səhhəti o qədər ağır idi ki, nə özü, nə də vəkilləri prosesin keçirilməyəcəyinə əmin idilər.

Ancaq onu elə ağır vəziyyətdə məhkəməyə gətirdilər. Prosesin ilk anındaca huşunu itirdi. Atamı müayinə etmək üçün gələn təcili yardım işçiləri özləri belə şokda idilər. Məhkəmənin dəhlizində atama süni nəfəs aparatı qoşuldu və sistem qoyuldu.

Bu hansı ədalətə sığır? Bunu o adama edirlər ki, müstəqillikdən sonra ölkənin hüquq-mühafizə orqanlarının qurucularından olub. Bir övlad kimi onun dilindən “Qızım, mənim sonum yaxınlaşır” ifadəsini eşitmək çox ağır idi…”

www.yenicag.az

330
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100