www.sinerjipro.net

SinerjiProWide
Reklam

15782760_784787708336404_1801701981_nDaşkəsən rayon İcra Hakimiyyətinin (İH) başçısı Əhəd Abıyevin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generallarının cinayət işi üzrə verdiyi ifadə açıqlanıb.

İfadədə Ə. Abıyev özü də bilmədən son illərdə Azərbaycanın tikinti sektorundakı dövlət sifarişlərinin və icra prosesindəki geniş yayılmış “otkat” əməliyyatının sxemini açıb.

Belə ki, Abıyev Əhəd Mikayıl oğlu ifadəsində göstərib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən (Nazirlər Kabinetinin qərarına əsasən, Maliyyə Nazirliyinin əmri ilə) 2.000.000 manat məbləğində pul ayrılıb. Bundan sonra həmin tikinti işlərinin görülməsi üçün qanunun tələblərinə əsasən, açıq tenderin keçirilməsi barədə 10.09.2014-cü il tarixdə 196 nömrəli “Respublika” qəzetində elan yerləşdirilib, həmçinin rayon İH Başçısının müavini Cavanşir Qocayev, hüquq şöbəsinin müdiri İlhamə Bayramova, rayon memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov, həmin şöbənin aparıcı mütəxəssisi Elman Ələkbərov, rayon İH-nin baş mühasibi Kazım Abdullayev, maliyyə idarəsinin əməkdaşı Nürəddin Məmmədov, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin regional şöbəsinin baş məsləhətçisi Şamil Hüseynovdan ibarət tender komissiyası yaradılıb. 16 sentyabr 2014-cü il tarixli tender komissiyasının yekun protokoluna əsasən, “Dizayn Construction” MMC tenderdə qalib gəlmiş və yuxarıda qeyd edilən tikintilərin aparılması üçün tərəfindən 16 sentyabr 2014-cü il tarixli müqavilə imzalanıb.”

Görəsən, istintaqda cənab Əbiyevdən soruşan olubmu ki, sentyabrın 10-da tender elanı yerləşdirilibsə, təkliflərin qəbulu üçün ən azı 1 həftə vaxt qoyulmalıydı. Daha 1 həftə də daxil olan təkliflərin dəyərləndirilməsinə lazımdır. Nə tələskənlik idi ki, elan veriləndən cəmi 6 gün sonra tender yekunlaşıb, qalib barədə qərar verilirdi? Maraqlıdır, görəsən, o tenderə neçə şirkətdən təklif daxil olmuşdu? Digər tərəfdən, müqavilə də elə həmin vaxt – tender komissiyasının qalib barədə qərar verdiyi gün imzalanıb. Yenə sual yaranır ki, müzakirələri qapalı keçməli olan tender komissiyasının hansı qərar verəcəyi əvvəlcədən şirkətə məlum idi ki, müqavilə üçün zəruri olan sənədlər hazırlanmışdı?! Necə oldu ki, qərar açıqlanan gün də müqavilə imzalandı?

Ə.Abıyevin ifadəsinə qayıdaq. İfadədən aydın olur ki, əvvəllər Daşkəsən rayonunun ərazisində baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş yaşayış evlərinin və sosial obyektlərin bərpası ilə əlaqədar olan işlər qeyd edilən şirkət tərəfindən yerinə yetirilib və həmin işlər görüldüyünə görə şirkətə 500.000 manat məbləğində pul vəsaiti ödənilib. 17 sentyabr 2014-cü il tarixdə (yəni müqavilə imzalanan günün səhəri?! – red.) həmin şirkətin bank hesabına pul vəsaiti köçürülüb. Şirkətlə olan şifahi danışıqlardan sonra məbləğin bir hissəsinə Elman Məmmədov (Ə. Abıyevin göstərişinə əsasən – red) elə həmin gün inşaat materialları alıb və Daşkəsən rayonu ərazisinə gətirib.
İfadənin bu epizodu isə Ə.Abıyevin iştirakçısı olduğu qanunsuzluğun açıq etirafıdır: əgər tikintini özəl şirkət yerinə yetirirsə, Daşkəsən icra hakimiyyətinin tikinti-memarlıq şöbəsinin müdiri hansı hüquqla, səlahiyyətlə Bakıdan tikinti materiallarını alır? Özü də nağd pulla?! Və şirkət hansı qanun əsasında hesabına köçən pulu Abıyevin adamına verir? Şifahi danışıqla anlaşdıqları bu prosesi şirkət necə rəsmiləşdirib? Bu, işin daha bir qaranlıq məqamıdır.

İfadədən o da aydın olur ki, sabiq MTN-çilər Ə.Abıyevin adamından üstündəki 680 min manatı götürüblər. İcra başçısı onu azad etdirsə də, həmin pulu geri ala bilməyib. Özü məcbur qalaraq, planlaşdırılmış tikinti işlərinin aparılmasını təmin edib.

Bu epizod üzrə cənab Abıyevdən soruşmaq olardı ki, 680 min manatlıq tikinti işinin həyata keçirilməsini hansı mənbələr hesabına təmin edib? Bu vəsaitə görə hətta Eldar Mahmudovla davaya gedən başçı sonradan həmin pulu haradan tapıb ki, işləri davam etdirə bilib?

Əslində, sualların cavabı aydındır: həmin pullar heç bir tikinti-filan üçün deyildi. O pullar Ə.Abıyevin tikintini aparmaq hüququnu satdığı şirkətin geriödənişi idi. Və bu, dövlət sifarişi ilə tikintilərin paylanmasında yalnız Daşkəsəndə deyil, bütün rayonlarda yayılmış sxemdir – “otkat” sxemi.
Aydın məsələdir ki, hər yerdə “qulağı” olan MTN şefinin bu sxemdən də xəbəri olub və necə deyərlər, oğrudan oğurlamaq savabını qazanmaq qərarına gəlib…

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 96
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."