Reklam

Reklam

191120VUZ QEZATovuzda yol nəqliyyat hadisəsi baş verib.

İsmayıllı rayon sakini 29 yaşlı Eldar Şahin oğlu Mahmudovun idarə etdiyi “Nissan” markalı minik maşını “Ford” markalı yük maşını ilə toqquşub. Nəticədə “Nissan”ın sürücüsü ağır bədən xəsarətləri alıb. Zərərçəkən dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Burada ona tibbi yardım göstərilərək Gəncə şəhər xəstəxanalarının birinə göndərilib. Qəzanın başvermə səbəbləri isə mağazadakı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. Görüntüdən də məlum olur ki, “Ford”un sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan sürət həddini aşaraq hərəkətinə davam edib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır(TTV).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 448
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."