!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Elə bir qonorar almalıyam ki…” - Tanınmış aktyor seriallara niyə çəkilmir?

!Reklam – Yazi

“Mən və həyat yoldaşım Asya dəfələrlə seriallara dəvət olunsaq da, o təklifləri qəbul etməmişik”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Xəzər axşamı” verilişində Akademik Musiqili Teatrın aktyoru Əmrah Dadaşov deyib.

O, normal qonorar verilmədiyi üçün peşəkar aktyorların çoxunun seriallara çəkilməkdən imtina etdiyini bildirib:

“Mənim əsas iş yerim teatrdır və karyeramı da orada görürəm. Seriala çəkilirəmsə, demək, teatrda işimi azaltmalıyam. Əgər teatrda işimi azaldacamsa, heç olmasa, serialdan elə bir qonorar almalıyam ki, mənə sərf etsin.

Bu gün teatrda işləməyən aktyorlar var ki onlar həmin qonorarın yarısına belə razıdırlar. Buna görə də seriallarda onlar görünür. Tamaşaçılar da deyir ki, bu yaxşı aktyor deyil, çünki seriallarda yoxdur.

Elə deyil. Sadəcə olaraq, baxır kim özünə necə dəyər verir. Mən və həyat yoldaşım Asya dəfələrlə seriallara dəvət olunsaq da, o təklifləri qəbul etməmişik. Çünki istədiyimiz qonorarı bizə vermirlər

Serialda görünmək o qədər də önəmli deyil. Serialla tanınmağa ehtiyacımız yoxdur”.

Nehru

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv