!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektrik enerjisinin qiymətində YENİLİK?: "Gecə-gündüz tarifinə keçilməsi..."  - İqtisadçı ŞƏRHİ

!Reklam – Yazi

“Elektrik enerjisi ilə bağlı sutkanın saatlarına uyğun diferensial tariflər tətbiq oluna bilər”.

Bu sözləri Milli Məclisin iclasında çıxış edən deputat Məşhur Məmmədovun elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifinə keçilməsi təklifini şərh edən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, elektrik enerjisi ilə bağlı diferensial tarifin tətbiqi əhaliyə xeyir verməsə də, ümumi idarəetmənin yaxşılaşdırılması üçün məqsədəuyğundur:

“Əslində, Azərbaycanda elektroenergetika, xüsusən də enerji istehlakçılarına yanaşma ilə bağlı bir sıra addımların atılmasına ehtiyac var. Bu addımlardan biri də sözügedən sahədə xidmət göstərən şirkətlərin sayının artırılması və rəqabət mühitinin yaradılmasıdır. Bundan başqa, elektrik enerjisi ilə bağlı tariflərə diferensial yanaşma lazımdır. Deputat Məşhur Məmmədovun irəli sürdüyü təcrübədən dünyanın bir çox ölkələrində istifadə olunur. Bu, əhali üçün xüsusi imtiyazlar fonunda ciddi effektlər verməsə də, ümumi yanaşmada effektiv idarəçilik və səmərəli istifadə üçün vacibdir. Yəni bu, elektrik enerjisinə münasibətdə yeni yanaşmanı ortaya qoyur. Ona görə də sutkanın saatlarına uyğun diferensal tariflər tətbiq oluna bilər. Bu tarif dünya təcrübəsində özünü doğruldub”.

Gülşən Şərif

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv