“Elektrik və istilik qurğularının texniki istismar Qaydası” təsdiqləndi

Nazirlər Kabineti “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nı təsdiqləyib.

Yenicag.az xəbər verir ki, qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb.

Qərar dərc edildiyi gündən 6 ay sonra (1 iyul 2020-ci il) qüvvəyə minəcək.