!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektromobillərin SERVİS PROBLEMİ: “Ölkəyə qeyri-rəsmi yolla gətirilərsə…”

!Reklam – Yazi

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 753,305 milyon ABŞ dolları dəyərində 48 373 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, onlardan 1124-ü elektrik mühərrikli avtomobillərdir.

Amma görək Azərbaycana idxal edilən elektromobillər nə dərəcədə enerji doldurma məntəqələri və ehtiyat hissələri ilə təmin olunur?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Yenicag.az-a açıqlamasında rəsmi qaydada Azərbaycana idxal edilən elektromobillərin servislərinin mövcud olduğunu, lakin qeyri-rəsmi yollarla ölkəyə gətirilənlərin bu problemlə qarşı-qarşıya qaldığını bildirib:

“Azərbaycanda bu gün elektromobillərə maraq böyükdür. Ötən ilə nisbətən bu növ avtomobillərin ölkəyə idxalı dəfələrlə artıb və bu, ilin sonuna qədər davam edəcək. Ölkəmizdə elektromobillərin sayı elektrik doldurma məntəqələrinin sayına mütənasibdir.

Ötən ilin sonunda Azərbaycanda cəmi 40 elektrik doldurma məntəqəsi var idi. Lakin 2023-cü ilin sonuna bu rəqəmin təxminən 100-ə çatacağını planlaşdırırıq.

Dövlət idxal olunan yeni elektromobilləri gömrük və vergi rüsumlarından azad edib. Bu da sahibkarlara daha çox elektrikli avtomobilləri ölkəyə gətirmələrinə fürsət yaradır və vətəndaşlar üçün də onun qiyməti əlçatan olur.

Elektromobillərin təmir və ehtiyat hissələrini həmin avtomobilləri gətirən şirkətlər təmin etməlidir. Rəsmi qaydada gətirilən elektrikli avtomobillərin servisləri mövcuddur. Qeyri-rəsmi qaydada gətirilənlərdə isə vətəndaşlar servis problemləri ilə qarşılaşa bilərlər”.

Sadiq Cavadov

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv