!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektromobillərlə bağlı YENİ PROSEDUR

!Reklam – Yazi

Almaniya hökuməti ikinci əl elektromobil bazarına nəzarəti artırır.

Yenicag.az xəbər verir ki, indiyədək ikinci əl avtomobil satışı zamanı avtomobillərin mühərrikləri yoxlanılırdısa, elektromobillə bağlı heç bir məcburi prosedur yox idi. İndi isə bu texnika da təkrar satış zamanı yoxlamaya cəlb ediləcək. Məqsəd alıcıların aldanmamasını təmin etməkdir.

1 il istismardan sonra elektromobillərin batareyalarının tutumu azalır. Bu da onların bazar qiymətinin ciddi şəkildə aşağı enməsinə səbəb olur. Bir çox hallarda isə satıcılar batareyalarla bağlı alıcıya şişirdilmiş rəqəm təqdim edirlər.

Bunun qarşısını almaq üçün dövlət qurumları həm batareya, həm də mühərrikin vəziyyəti barədə ətraflı məlumat verəcək sınaq keçirəcəklər. Əlbəttə ki, bu da havayı deyil. 149 avro ödəmək lazım gələcək. Bu da alıcıya maşınla bağlı tam məlumat əldə etməyə imkan verəcək./avtosfer.az/

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv