!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron məhsullara tələbat azalır - "Xiaomi"dən QƏRAR

!Reklam – Yazi

Çinin mobil telefon, elektronika və kiçik məişət texnikası istehsalçısı olan “Xiaomi” şirkəti işçilərinin 10 faizini işdən çıxaracaq.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, bu qərara səbəb şirkətin son rübdə 200 milyon dollardan çox itki verməsi və daxili bazarda tələbatın azalmasıdır. Belə ki, “Xiaomi”nin gəlirləri üçüncü rübdə 10 faiz azalıb.

Təxminən 209 milyon dollar xalis zərərlə bağlı hesabat verən şirkət ilin sonunda bəzi iş əməliyyatlarını və işçi qüvvəsini ixtisar edəcək. Baş ofisi paytaxt Pekində yerləşən şirkət 3500-ə yaxın insanı ixtisar etməyi planlaşdırır ki, bu da onun hazırkı işçi qüvvəsinin 10 faizini təşkil edir.

Analitiklərə görə, dünyada iqtisadi artımın yavaşlaması və inflyasiyanın artması səbəbindən elektron məhsullara tələbat azalır. Qlobal mobil telefon satışlarının 2022-ci ildə 12,2 faiz, gələn il isə satışların 2,9 faiz azalacağı proqnozlaşdırılır.

Gülşən

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv