!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron ödəmə sistemlərinə NƏZARƏT: “Vətəndaşlara qarşı dələduzluq hallarına yol verilməsi...”

!Reklam – Yazi

“Nəzərdə tutulan dəyişikliklər həmin sahəyə nəzarətin tətbiqinə imkan yaradacaq”.

Bu fikirləri “Dövlət rüsumu” haqqında qanunda elektron ödəniş sistemlərinə yönəlik dəyişiklikləri və yeni rüsumların tətbiqinə münasibət bildirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu kimi xidmətlərin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac var:

“Bu gün müxtəlif elektron pul və ödəniş təşkilatlarının fəaliyyət göstərdiyini müşahidə edirik. Əsasən də, onlayn platformalarda elektron ödəmə sistemlərindən geniş istifadə olunur.

Hesab edirəm ki, bu kimi xidmətlərin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac var. Onlara münasibətdə müəyyən rüsumların tətbiq edilməsi həmin sistemlərin dövriyyəyə cəlb edilməsinə şərait yaradacaq.

Digər tərəfdən, bu dəyişikliklər qeyd olunan fəaliyyətin normal tənzimlənilməsində mühüm rol oynayacaq. Elektron ödəmə sistemlərində vətəndaşlara qarşı müəyyən dələduzluğa yol verildiyinə dair məlumatlar yayılır. Nəzərdə tutulan dəyişikliklər həmin sahəyə nəzarətin tətbiqinə imkan yaradacaq.

Buna görə də rüsumların tətbiq edilməsi həmin sektordakı sahibkarlıq subyektlərini daha şəffaf və keyfiyyətli fəaliyyət göstərməyə sövq edəcək. Bununla da, istehlakçıların gələcəkdə mümkün vəsait itkilərinin qarşısı əhəmiyyətli dərəcədə alınacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

1980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv