!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron pulların emissiyası: “Bu sahədə əsas məqam...” - ŞƏRH

!Reklam – Yazi

“Burada əsas məqam elektron pula olan nəzarətin həyata keçirilməsi məsələsidir”.

Bu sözləri Azərbaycanda elektron pulların emissiya olunmasıyla bağlı münasibət bildirən iqtisadçı ekspert Elçin Rəşidov Yenicag.az-a açıqlamasında qeyd edib.

Həmçinin onun sözlərinə görə, elektron pulların istifadə edilməsi zamanı vətəndaşlar və biznes subyektləri bu istiqamətdə maarifləndirilməlidir:

“Elektron pulların emissiyası çoxdan atılmalı olan addımlardan biri idi. Bu emissiya prosesi subyektlər arasında translyasiyanı çox asanlaşdırır. Həmçinin hazırda nağdsız köçürmələr biznes subyektləri arasında mümkündür və qeyd olunan köçürmələrin məhdudiyyətləri elektron pulla nisbətdə çoxdur. Bu yolla elektron pul köçürmələri dərhal həyata keçirilə bilir.

Burada əsas məqam elektron pula olan nəzarətin həyata keçirilməsi məsələsidir. Belə ki, kölgə iqtisadiyyatı da daxil digər bu kimi neqativ tendensiyaların yaşanmasının qarşısını almaq önəmli nüanslardan biridir. Burada hər şey şəffaf şəkildə təşkil edilməlidir.

Başqa bir önəmli məqam isə təhlükəsizlik faktorudır. Bilirik ki, vətəndaşların bank kartlarının və nağdsız ödənişlərin həyata keçirilməsiylə bağlı maarifləndirmə işlərinin zəif təşkil edilməsi səbəbilə bəzən dələduzluq halları baş verir. Hesab edirəm ki, Azərbaycanda ilk növbədə elektron pullar və onların istifadəsi ilə bağlı öncədən maarifləndirmə xarakterli işlər görülməlidir. İnsanlar qeyd edilən sahə üzrə bu cür xoşagəlməz hallardan sığortalanmalıdır. Xüsusən də, bu istiqamətdə biznes subyektləri bilgili olmalıdır. Daha sonra elektron pulların emissiyası translyasiyanı asanlaşdırmalı və iqtisadiyyatın imkanlarını artırmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv