!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron siqaretlərin orqanizmə yaratdığı TƏHLÜKƏ: Professordan XƏBƏRDARLIQ

!Reklam – Yazi

Elektron siqaretlərin tərkibində olan qətrana bənzər maddələr qana daxil olaraq, hüceyrələrdə çökür, onun mutasiyasını yaradaraq gələcəkdə xərçəngin yaranmasına səbəb ola bilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar elektron siqaretin satışının artması və onun orqanizmə zərərləri haqda danışan professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bütün elektron siqaretlər istifadə etdiyimiz təbii siqaretlər qədər ziyanlıdır.

“Bütün elektron siqaretlər istifadə etdiyimiz təbii siqaretlər qədər ziyanlıdır. Ona görə ki, elektron siqaretlərin tərkibində olan maddələrin yanması zamanı aromatik karbohidratlar və onların yanma məhsulları kansoregen xarakter daşıyır. Elektron siqaretlərin tərkibində olan qətrana bənzər maddələr qana daxil olaraq, hüceyrələrdə çökür, onun mutasiyasını yaradaraq gələcəkdə xərçəngin yaranmasına səbəb ola bilir”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, son vaxtlar elektron siqaretlərin istifadəsi dəb halını alıb:

“Təəssüflər olsun ki, onu istifadə edənlər siqaretin zərərinin fərqində deyillər. Hazırda hələ də elektron siqaretlərin tərkibində olan aromatik maddələrlə bağlı tədqiqatlar davam edir. Hətta adi siqaretlərdən də daha təhlükəli olduğu güman edilir. Bəzi insanlar adi siqareti tərgitmək adı ilə bu növ siqaretlərdən istifadə edir. Lakin düşünürəm ki, bu, siqareti asılılığı aradan qaldırmaq, yaxud da onu əvəz etmək baxımından qətiyyən uğurlu alternativ sayılmamalı, mümkün qədər bundan imtina edilməlidir”.

İsmayıl Bakuvi

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv