!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron ticarət nəhəngi işə qəbulu dayandırdı

!Reklam – Yazi

ABŞ-nin elektron ticarət nəhəngi “Amazon” şirkəti 2023-cü ildə çox sayda insanı işə götürməməyi hədəfləyib.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, şirkətin korporativ işə qəbulu dayandırmaq qərarı iqtisadi vəziyyətlə bağlıdır.

Belə ki, “Amazon”un İnsan Təcrübəsi və Texnologiyaları üzrə Baş vitse-prezidenti Beth Galetti şirkət işçilərinə yazdığı məktubda iqtisadiyyatdakı qeyri-müəyyənlik və son bir neçə ildə məşğul olan insanların sayına uyğun olaraq korporativ işə qəbulun dayandırılmasına qərar verildiyini bildirib.

“Sözügedən təcrübənin qarşıdakı bir neçə ay ərzində davam edəcəyi gözlənilir. Qeyri-adi makroiqtisadi mühitlə qarşı-qarşıyayıq, işə qəbulumuzu və investisiyalarımızı bu iqtisadiyyatı nəzərə alaraq balanslaşdırmaq istəyirik”, – deyə Galetti qeyd edib.

ABŞ mətbuatında çıxan xəbərlərdə şirkət rəhbərlərinin qərarının təxminən 683 işçiyə təsir edəcəyi ifadə edilib.

Gülşən

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv