!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Eləsinə cavab verməyi özümə ayıb bilmişəm” - Əməkdar artist

!Reklam – Yazi

“Sənət aləmində pisliklər, paxıllıqlar daha çox olur. Bu sahədə 90 faiz sənətçilər bir-birini istəmir. Mənə qarşı da haqsızlıqlar olub, amma kiməsə cavab verməyi özümə ayıb bilmişəm”.

Bunu tanınmış xanəndə, Əməkdar artist Cabir Abdullayev Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə sənət camesində bir-birinin ayağını çəkən, badalaq vuran və paxıllıq edən insanlardan danışıb. O, özünə qarşı da haqsızlıqlar gördüyünü etiraf edib:

“Mən heç vaxt qalmaqal adamı olmamışam, çünki bunu özümə sığışdırmamışam. Ağıllı adam bu yola əl atmaz. Mənə qarşı da haqsızlıqlar olub. Üzümə deməyiblər, amma arxada danışıblar. Elə insanlara cavab verməyə də dəyməz, çünki onlar öyrəncəlidir. Lap üzlərinə nəsə desən də, etdikləri hərəkəti boyunlarına almazlar. Üz-üzə də gələndə utanmırlar. Çünki utanan insan olsaydılar, başqasına pislik də etməzdilər. Bineyi-qədimdən sənət adamları arasında qalmaqal da olub, paxıllıq da… Adam var qalmaqala gedib, adam da var getməyib. Bu xarakterə bağlıdır. Mən həmişə qalmaqaldan, söz-söhbətən qaçmışam”.

Cəvahir

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv