!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ələt-Astara yolunda mikroavtobus aşdı - 18 nəfər yaralandı - VİDEO / YENİLƏNDİ 

!Reklam – Yazi

Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Yenicag.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsinə davam edilir.

Xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.

Xatırladaq ki, hadisə nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 23 nəfər TƏBİB-in tabeliyindəki müəssisələrinə yerləşdirilmişdi.

***

16:59

Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan səkkiz nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir. Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

***

15:30

Daxili İşlər Nazirliyi Ələt-Astara yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, bu gün saat 14 radələrində Lökbatan qəsəbəsindən Ümid qəsəbəsinə 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 8 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra təcili yardıma məlumat verilib və xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv