!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elgiz Əkbərdən SƏS-KÜYLÜ AÇIQLAMA: “Onu səhnəyə mən gətirmişəm”

!Reklam – Yazi

“Bir çox məşhur müğənniləri ilk dəfə səhnəyə mən gətirmişəm”.

Yenicag.az- xəbər verir ki, bu sözləri tanınmış aparıcı Elgiz Əkbər açıqlamasında söyləyib.

Elgiz vaxtilə tanınmayan, amma indi bütün dünyada məşhur olan bir çox müğənnilərə, o cümlədən dünyaca məşhur model Günay Musayevaya sənət aləmində yol açdığını, əllərindən tutub səhnəyə gətirdiyini bildirib.

O, həmin sənətçilərin adlarını açıqlayıb:

“Şəbnəm Tovuzlu, Aytac Bərdəli, model Günay Musayeva, “Eurovision” nüsabiqəsinin qalibi Elnur Hüseynov… Elnurun istedadını mən kəşf etmişəm. Onun əlindən tutub səhnəyə gəlməsinə kömək etmişəm. Onunla təsadüfən bir kafedə rastlaşmışdıq. O vaxt karaokenin yeni başlanan vaxtları idi, orada gördüm. İndi maşallah onu bütün dünya tanıyır. Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov efirə çıxmamışdı, təsadüfən restoranların birində oxumağını eşitdim, sonra… Çoxdu, adlarını indi xatırlamıram….”

Aparıcı giley-güzarını da gizlətməyib:

“Əlindən tutub səhnəyə gətirdiyim insanlardan biri də model Günay Musayevadır. Günayı indi bütün dünya tanıyır, ən məşhur podiumlardadır. Bir dəfə də bu barədə danışmışdım, amma ondan səs çıxmadı. Bir kəlmə də sən nəsə de, heç olmasa, təşəkkür elə. Mənim buna ehtiyacım da yoxdur, amma çox yaxşı olardı ki… Halal xoşları olsun. Mən heç üzülmürəm də”.

Cəvahir

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv