!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əliyev aclıq aksiyasını davam etdirir - YENİLƏNDİ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə ola sədri Əli Əliyev aclıq aksiyasına başlayıb.

Yenicag.az xəbər verir ki, partiya sədrinin aclıq aksiyasını dayndırması ilə bağlı məlumatlar yayılıb.

Yenicag.az-a danışan partiya rəsmiləri yayılmış məlumatların həqiqət olmadığını və VİP sədrinin aclıq aksiyasını davam etdirdiyini söyləyiblər.

***

12:38

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə ola sədri Əli Əliyev aclıq aksiyasına başlayıb.

Yenicag.az xəbər verir ki, Əli Əliyev aclıq aksiyasına başladığını Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun ona qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında dünən Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən iclasda bəyan edib.

VİP sədri bu addımını ona qarşı yol verilən hüquq pozuntuları və ardıcıl təzyiqlərlə əlaqələndirib.

Qeyd edək ki, Əli Əliyevin həmin qərarının ardınca VİP funksionerləri Zaur Qasımov və Zeynal Abdullayev də bu gündən etibarən aclıq aksiyasına başlayıblar.

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv