!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əsədov “Rosselxoznadzor”un rəhbəri ilə görüşdü

!Reklam – Yazi

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankverti qəbul edib.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin hərtərəfli inkişafı, xüsusilə ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə “Rosselxoznadzor” arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu məmnunluqla vurğulanıb. Qeyd olunub ki, ötən dövr bir sıra ciddi problemlərin konstruktiv həlli ilə yadda qalıb və bu, qarşılıqlı ticarət dövriyyəsinin artmasına şərait yaradıb. Cari ilin 10 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin 20%-dən çox artması müsbət qiymətləndirilib. Vurğulanıb ki, 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları və onların emal məhsullarının ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 15 faizdən çox artıb. Qarşılıqlı tədarüklər zamanı nəzarət proseslərinin optimallaşdırılması üzrə birgə addımlar müsbət qiymətləndirilib.

Tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının idxalı üçün nəzarət prosedurunun sadələşdirilməsinə dair razılaşmanı müsbət qiymətləndiriblər.

Qida Təhlükəsizliyi Agentliyi və “Rosselxoznadzor” arasında transsərhəd heyvan xəstəlikləri ilə mübarizə üzrə birgə tədbirlər haqqında Protokolun imzalanmasının əhəmiyyəti qeyd edilib.

Görüşdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdakimov da iştirak edib.

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv