!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli İnsanov hakimiyyətin DİALOQ PROSESİNDƏ? – “Partiyamız anlaşma tərəfdarıdır” - REAKSİYA

!Reklam – Yazi

“Daha sonra nəsə fikir bildirməyə ehtuyac yaranarsa, açıqlama verilər”.

Bu sözləri dekabrın 15-də Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşünü dəyərləndirən HƏP Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Qeyd edək ki, bu gün Prezident Administrasiyasında baş tutan görüş sosial şəbəkələrdə də ciddi müzakirə doğurub. Maraqlıdır ki, ötən ilin martında start verilən hakimiyyət-müxalifət dialoqunun əleyhinə çıxan əks düşərgəyə mənsub istifadəçilər Əli İnsanovun da bu prosesə qatılmasına sərt təpki verməkdədirlər. Hətta onlardan bəziləri HƏP sədrini “hakimiyyətlə anlaşmaqda” suçlayan mövqe bildiriblər.

Səhhətində yaranan problemlə əlaqədar geniş danışmayan Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında bu barədə fikirlərini lakonik formada ifadə edib:

“Ümumi yanaşdıqda, bizim belə təmaslardan yayınmaq kimi niyyətimiz yoxdur. Biz uzlaşma, anlaşma və dialoq tərəfdarı olan bir partiyayıq. Bu mövqeyimizi də zaman-zaman ifadə etmişik. Amma bu görüş haqqında indi nəsə deyə bilmərəm. Daha sonra nəsə fikir bildirməyə ehtuyac yaranarsa, açıqlama verilər”.

A.Zeynalov

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv