Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Əli Kərimli Oqtay Gülalıyevi də “satdı”: AXCP sədri Müsavata qarşı yeni “plan”ının icrasına başlayıb

Reklam: Sinerji Pro

Davranışları müsavatçıdan çox cəbhəçi təəssüratı yaradan Tofiq Yaqublunun Müsavat Partiyasının son qurultayında başqan seçilə bilməməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini çoxdan hazırladığı planın icrasına başlamağa sövq edib.

Söhbətin hansı plandan getdiyinə aydınlıq gətirməzdən əvvəl Kərimlinin nəzərdə tutulan “siyasi kombinasiya”sında əsas fiqur kimi görülən Yaqublunun AXCP sədri ilə bağlılığını önə çəkmək lazım gəlir.

Yuxarıda qeyd olunları genişləndirsək, Yaqublunun mənsub olduğu Müsavatdan daha çox AXCP-nin yürütdüyü siyasətin icraçısı olduğunu əminliklə söyləyə bilərik. Məsələn, Müsavat 2010-cu il parlament seçkilərindən sonra yaradılmış İctimai Palatada bir müddət təmsil olunsa da, sonra AXCP ilə aralarındakı ziddiyyətə görə o formatı tərk etdi. Üzvü olduğu partiyanın bu addımına baxmayaraq, Yaqublu Palatada qalmağa üstünlük verdi.

2013-cü il prezident seçkiləri ərəfəsində formalaşdırılan Milli Şurada da eyni vəziyyət təkrarlandı. Müsavat təsisçilərindən biri olduğu o qurumda iştirakına xitam versə də, Yaqublu öz “ənənə”sində kənara çıxmadı. O, AXCP-nin nəzarətinə keçmiş Milli Şuraya qoşuldu və Kərimlinin dəstəyilə Koordinasiya Mərkəzinə üzv də seçildi.

Sözsüz ki, Kərimlinin Yaqubluya belə qucaq açması səbəbsiz deyildi. Bu himayədarlığın kökündə AXCP sədrinin Yaqublunun timsalında Müsavatda yerləşdirilən “mina”ya sahiblənmək niyyəti dayanırdı. Budur, Müsavatın son qurultayı həmin “mina”nın artıq işə salınmasına şərait yaradıb.

Yaqublu Milli Şuradan verilən açıq və gizli dəstəyə baxmayaraq, başqanlıq uğrunda mübarizədə Arif Hacılıya uduzdu. Bununla da, Kərimlinin Yaqublunu Müsavatın başına gətirmək cəhdi nəticəsiz qaldı. AXCP sədri isə bu uğursuzluğu vaxtında “sığortalamaq” üçün Yaqublunu və onun Müsavatdakı kiçik çevrəsini öz partiyasına qatmaq istiqamətində hərəkətə keçdi.

Kərimlini bu planın icrasını sürətləndirməyə məcbur edən əsas səbəb isə vaxtilə ona yaxın olan hüquq müdafiəçisi, maşınla vurularaq ağır xəsarət alan, daha sonra isə Heydər Əliyev Fondunun dəstəyilə müalicə üçün Türkiyəyə göndərilən Oqtay Gülalıyevdən qalan “boşluğu” doldurmaq istəyidir. Bunun üçünsə ən uyğun variant Tofiq Yaqubludur. Onun “hüquq müdafiəçisi” vakansiyasını dolduraraq, Kərimlinin yanında yer alması isə Yaqublunun Müsavatdan rəsmən ayrılması nəticəsində mümkündür. Ancaq görünür, Kərimli bütün bunları hesablayıb və Yaqublunun özü ilə də razılaşdırıb.

Bu planın mümkün nəticəsi nədir? Onsuz da sıradan bir təşkilata çevrilmiş Müsavatı daha da zəiflətmək, bu partiyanın lideri İsa Qəmbərlə başqanı Arif Hacılının çevrəsini seyrəltmək! Yəni Kərimli indi də ən yaxşı bacardığı işlə – müxalifət daxilində təfriqə salmaq və rəqib kimi gördüyü müxalifət partiyalarını zəiflətməklə məşğuldur.

Bəs bundan hansı dividenti qazanacaq? Əlbəttə ki, hansısa siyasi uğurdan danışmaq mümkün deyil. Kərimli bununla uzaqbaşı müxalifət daxilində “cazibə mərkəzi” olduğunu göstərməyə çalışacaq. Böyük mənada dəyişəsi bir nəticə yoxdur. Hə, bir də Kərimli bununla özünün satqın və araqarışdıran imicini “zənginləşdirmiş” olacaq.

O imicin ki, çoxdan ictimai lənətə məruz qalıb!

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

386
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM