!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əli Mirəliyev: “Cavan qızlar məndən qorxur, görən kimi qaçıb gizlənir”

!Reklam – Yazi

“O müğənnilərin çoxunu tanımıram, səsindən təxmin edirəm ki, kimdir. Çünki sifətini taməmən dəyişib, burnunu kəsdirib, qaşını qaldırıb, dodağını şişirdib… Qızların hamısı elə bil bir-birinin “kopirovka”sıdır”.

Bunu müğənni Əli Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi hətta xalq artistləri arasında da tanıya bilmədiyi müğənni xanımların olduğunu bildirib:

“Efirə, məclisə gedəndə baxıram ki, bir xanım mənimlə salamlaşır, amma nə qədər edirəmsə, kim olduğunu yadıma sala bilmirəm. O Səidə Sultan var e, bəla qız, onu tanıyıram bir dənə, onu da səsindən tanıyıram. Yaxşı səsi var. Səkinə İsmayılovanı tanıyıram, çünki adamın nəyi var, özünündür. Qalan müğənnilərə gəlincə, özlərindən də soruşmağa ar edirəm ki, ay qızım, sən kimsən?”

Mirəliyev yeni səhnəyə çıxan xanımların ondan qorxduğunu da deyib:

“Toya gedəndə o təzəçıxan qızlar var e, müğənniciklər, məni görən kimi qaçıb gizlənirlər. Qorxurlar məndən. Bilirlər ki, görən kimi soruşacam, niyə əyninə bir şey geyinmirsən? Daha göstərməyə bir şeyin də qalmayıb, ay ceyran? Səs yox, sənət yox, ancaq açıq-saçıq geyinməklə özünü reklam edir hamısı. Heç onları da qınamıram. Heç indi sənətə qiymət verən də yoxdur axı. Elə ona görə mən də oxumağın daşını atıb keçmişəm aparıcılığa”.

Cəvahir

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv