Əli Mirəliyevlə Sevda Əliqızı arasında QALMAQAL: “Şərəfsiz!”

Müğənni Əli Mirəliyevlə həmkarı Sevda Əliqızı arasında qalmaqal yaşanıb.

Belə ki, Mirəliyevin mərhum xalq artisti Səməd Səmədov barədə söylədiyi təhqiramiz fikirlər Sevda Əliqızını özündən çıxarıb. O, şəxsi profilində qarşı tərəfi şərəfsiz adlandırıb: “Əli, özünü nə vaxta qədər şərəfsiz aparacaqsan?”

Yenicag.az-a açıqlama verən Ə.Mirəliyev xanım həmkarını cavabsız qoymayıb:

“Sevda qoca arvaddır, özü üçün danışır. Səmədin yasında da olmuşam, qəbirüstə də getmişəm. Sözümü demişəm ki, bəli, yaşlı vaxtında xanımı Səmədi tək qoyub Türkiyəyə getdi. Olanı demişəm də… Bağ qonşusu da deyib ki, ilyarımdır Səmədin yoldaşı çıxıb gedib, o da qalıb küçələrdə, bilmir bağa getsin, ya şəhərə. Yəni demişəm ki, xanımı evdə olsaydı, Səmədə qulluq edərdi. Bu yaşda kişiyə arvad lazımdır. Qaldı ki, Səmədə nəsə öyrətməyimə, ona mahnının sözlərini mən öyrətmişəm. Yalan ki, deməmişəm. Bəli, Səməd Azərbaycan dilində nə danışa bilirdi, nə də oxuya. Sevgili cananın yerinə sevgili cana deyirdi. Deyirdim alə, cana başqadır, canan başqa. Qaldı ki, Sevdaya… O, Səməd öləndən sonra niyə bunları deyir, elə sağ ikən deyərdi də”.

Xatırladaq ki, Əli Mirəliyev ötən dəfə saytımıza açıqlamasında xanımının yaşlı vaxtında Səməd Səmədovu tək qoyub Türkiyəyə uşaqlarının yanına getdiyini deyib. Eyni zamanda Səməd Səmədovun Azərbaycan dilində danışa bilmədiyini demişdi.

Cəvahir