Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Əli Mirəliyevdən ŞOK AÇIQLAMA: “Morqa özüm apardım, deyirdim, diriləcək”

“Biz Səmədlə düşmən deyildik, elə-belə şou xatirinə qalmaqal edirdik. Uşaq xasiyyətli insan idi, çıxıb efirdə onun barəsində nələr deyirdim, amma bir dəfə də olsun üzümə vurmurdu. Soruşanlara da deyirdi ki, Əli dostumdur, nə istəsə, barəmdə danışa bilər”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev iyunun 25-də dünyasını dəyişən sənət dostu Səməd Səmədovdan danışarkən deyib.

O, dostunun ölümünə sarsıldığını bildirib:

“Elə bilirdim, Səməd heç vaxt ölməz. Deyirdim, ölməyib diriləcək, elə indi də deyirəm, diriləcək. Ölüm xəbərini eşidən kimi xəstəxanaya, oradan da morqa getdim. Dəfn etdik. Baxıb-baxıb dedim ki, heyf səndən ay Səməd, əlimdən getdin. Üç mərasimi idi, getmədim. Çox əsəbiyəm. Xəstələnəndə yazıq Səməd tək olub evdə, həyat yoldaşı İradə Türkiyədə uşaqlarının yanında idi. Yaşlı kişini tək qoyub getmək olar? O da xəstə olub, baxanı olmayıb. Kişi elədir ki, həmişə qadın qayğısına ehtiyacı var. Tək-tənha neyləsin, axırda da belə oldu. Səmədin yoxluğu məni çox yandırır. Zarafat deyil e, görün neçə illərdir dostluq edirdik”.

Cəvahir

www.yenicag.az

1011
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100