!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Sultanlı direktor TƏYİN OLUNDU

!Reklam – Yazi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) departamentlərdən birinə direktor təyin edilib.

Yenicag.az xəbər verir ki, Əli Sultanlı Neft kontraktları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin martından başlayıb. 2022-ci ilin yanvarından bu departamentdə direktor müavini olmaqla bərabər direktorun vəzifəsini icra edirdi.

Ə.Sultanlı ARNDF-dəki karyerasına 2014-cü ildən başlayıb.

Qeyd edək ki, Ə.Sultanlı 2009-2012-ci illərdə London Royal Hallouey Universitetində biznesin idarə edilməsi və menecmenti ixtisası üzrə bakalavr, 2012-2013-cü illərdə London Kraliça Meri Universitetində bank və maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Hazırda ARDNF-in strukturunda 12 departament fəaliyyət göstərir.

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv