!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli yem üyüdən dəzgahda sıxılı qalan şəxs xilas edildi

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunda 1969-cu il təvəllüdlü bir nəfərin əlinin yem üyüdən dəzgahda sıxılı vəziyyətdə qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Xilasedicilərin təcili tibbi yardım briqadasının müşayiəti ilə həyata keçirdiyi xilasetmə tədbirləri nəticəsində vətəndaşın əli dəzgahdan çıxarılıb.

Xəsarət alan şəxs təcili tibbi yardım briqadasına təhvil verilib.

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv