Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əliağalı kəndinin atəşə TUTULMASININ TƏFƏRRÜATI - "Stepanov atəş açılan mövqedə olub" - Hərbi ekspert

Reklam: Sinerji Pro

“Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulmazdan 5-6 saat əvvəl Rusiya sülhməramlı qüvvələrinin komandanının müavini general Stepanov atəş açılan mövqedə olub”.

Bunu Ağdam rayonunun Əliağalı kəndi istiqamətində baş vermiş hadisəyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Ədalət Verdiyev hadisənin təfərrüatını açıqlayıb:

“Ağdam rayonunun Əliağalı kəndində Azərbaycan tərəfi yol inşaat işləri ilə məşğuldur. Hadisədən bir gün öncə ərazidə iş gedərkən, erməni tərəfi havaya müşahidə üçün PUA qaldırıb. Görülüb ki, ərazidə ancaq traktorlar işləyir. Bundan bir gün sonra, Rusiya sülhməramlı qüvvələrinin komandanının müavini general Stepanov həmin mövqedə olub. Bu, atəşdən 5-6 saat əvvəl olub. Atəşdən 3 saat əvvəl isə həmin mövqedə boz rəngli geyimdə hərbçilər görünüb. Belə çıxır ki, Stepanov gedir, harasa komanda verir, ora boz paltarlı hərbçilər gəlir. Atəşin kimin açdığı məlum olmasa da,7.62 mm mərmi olduğu dəqiqdir. Bu onu deyir ki, Stepanovun bu hadisədən xəbəri var. Bəlkə də, icazəni də o verib. Rusiya sülhməramlı qüvvələri ermənilərə yarınmağa çalışırlar”.

Səxavət Məmməd

www.yenicag.az

963
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100