!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlil şəxsin adına bankdan kredit götürüldü

!Reklam – Yazi

Mingəçevirdə ikinci qrup əlil kişinin adına bankdan onlayn qaydada dələduzluq yolu ilə 4200 manatdan çox kredit  çıxarılıb.

Yenicag.az xəbər verir ki, dələduzluq hadisəsi Mingəçevir şəhər  Lal-karlar cəmiyyətinin üzvü, psixoloji dispanserdə qeydiyyatda olan ikinci qrup əlil Rafail Osmanovun başına gəlib. Dələduzluq yolu ilə özünün də xəbəri olmadan,  şəxsin adına  bankdan  4200 manatdan çox kredit kimi  vəsait çıxarılaraq mənimsənib. Əldə edilən ilkin məlumata görə onlayn  dələduzluq əməli zamanı Rafail Osmanovun  fotosundan istifadə olunub.

Dələduzluq faktı ilə bağlı “Unikal”ın sorğusuna cavab olaraq DİN-nin Mətbuat Xidməti Şəki regioanal qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki,  zərərçəkən şəxsin Mingəçevir Polis Şöbəsinə  müraciəti əsasında hazırda   araşdırma aparılır. Hələlik məsələ ilə bağlı saxlanılan yoxdur. Prosesin gedişindən asılı olaraq əlavə məlumat veriləcək.

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv