!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlillər aksiya keçirdi - Nazir qəbul etdi - FOTOREPORTAJ

!Reklam – Yazi

Bu gün səhər saatlarında bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirib.

Yenicag.az xəbər verir ki, aksiyaya səbəb onlar üçün ayrılan müavinətin az olması, sosial işlərlə təmin olunmamaları və üzləşdikləri digər problemlər olub.

Aksiya iştirakçılarını əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəbul edib. Problemləri dinləyən nazir bildirib ki, bu il və ya gələn il ərzində onların həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görüləcək.

Qəbuldan çıxan şikayətçilərin sözlərinə görə, nazir onların problemlərini bir-bir dinləyib və problemin qısa bir zaman ərzində həll olunacağını vəd edib.

Səxavət Məmməd
Video: Həşim Səhrablı

www.yenicag.az

2398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv