!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlillik təyin edilən Vətən müharibəsi iştirakçılarının sayı açıqlanıb

!Reklam – Yazi

Vətən müharibəsindən sonra 3780 nəfər müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub.

Yenicag.az  xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bildirib. Onun sözlərinə görə, həmin müharibə əlilləri müvafiq olaraq müxtəlif sosial dəstək proqramları ilə əhatə edilib:

“Ümumilikdə müharibədən sonra 121 min nəfərə 220 mindən çox müxtəlif sosial xidmətlər göstərilib. Burada mənzil təminatını deyə bilərik. Müharibədən sonrakı dövrdə ümumilikdə 4500 mənzil, 324 avtomobil verilib. Minlərlə şəxs işlə təmin olunub, özünüməşğulluq proqramlarına cəlb edilib. 1800 şəxsə 31 min müxtəlif reabilitasiya vasitələri verilib. Reabilitasiya vasitələri deyəndə protezlərlə yanaşı mühərrikli, mexaniki arabalar, əsalar, protez ayaqqabı çarpayılar və s. ümumilikdə 57 reabilitasiya vasitəsini deyə bilərik. Bununla yanaşı 1300-dən yuxarı Vətən müharibəsi iştirakçısı müxtəlif reabilitasiya xidmətlərinə cəlb olunub. Onlar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində xidmət göstərən 15 reabilitasiya mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar”.

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv