Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir açıqladı

Azərbaycanda əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, bu sahədə keçirilən islahatların əsas məqsədi əlilliyin müəyyən olunması meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır:

“Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının rəy və qərarları mövcuddur ki, bu sənədlər əsasında əlilliyin müəyyən olunması meyarları dəyişir və yeni normativlər yaranır. Burada söhbət xəstəliyin dərəcəsinin müəyyən olunmasından, bunun insan həyatına, onun fəaliyyətinə təsirindən gedir. Bu və digər dərəcə əsasında qiymətləndirmə keçiriləcək”.

Loading...

www.yenicag.az

1039
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100