!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlixanbəyovların külli miqdarda borcu var - Üç aydır maaşlar ödənilmir

!Reklam – Yazi

“ATEF Şirkətlər Qrupu” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin hazırda dövlətə olan vergi borcu 8 milyon 262 min 357 manat təşkil edir.

Ancaq şirkətin tək çətinliyi bundan ibarət deyil. Belə ki, ATEF-in onun tərkibinə daxil olan müəssisələrdə çalışan əməkdaşlarına da üç aydır maaş ödəmədiyi bildirilir.

Qeyd edək ki, ATEF-in qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur. Onun atası Talıb Əlixanbəyov isə ATEF-in Müşahidə Şurasının sədridir.

Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var.

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv