!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əliyar Ağayev Xorvatiyada 6 vərəqə göstərdi

!Reklam – Yazi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Zaqreb, Xorvatiya) bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyununa çıxıb. 

Yenicag.az xəbər verir ki. Zaqreb təmsilçisi Yunanıstan PAOK-unu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.O, görüşdə 6 sarı vərəq göstərib. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Daha əvvəl Xorvatiya mətbuatında zədəli Mahir Emrelinin yalnız mövsümün sonunda komandaya qoşulacağı açıqlanmışdı. Onun zədə səbəbindən 1/8 final matçlarını da buraxacağı bildirilmişdi.

Bu komandalar arasında cavab görüşü martın 14-də keçiriləcək.

00.00. “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) – 2:0

Qollar: B.Petkoviç, 37, 71

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv