!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əliyev-Paşinyan görüşü: "Ciddi nəticələr gözləmək sadəlövhlükdür" - ŞƏRH / VİDEO

!Reklam – Yazi

“Brüssel görüşündən ciddi nəticələr gözləmək sadəlövhlükdür”.

Bu fikri Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün keçiriləcək Brüssel görüşü, görüşdən gözlənilənlər və iki ölkə üçün ən yaxşı vasitəçinin hansı dövlət ola biləcəyini şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, Brüssel görüşündə heç bir ciddi nəticə əldə edilməyəcək:

“Bu görüş Avropa İttifaqı Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilir. Görüş barədə çoxlu söz-söhbət gəzir. Bu görüşdən əvvəl Soçi görüşü oldu. Putin təşəbbüsü əldən vermək istəmədi. Avropa İttifaqı da bu prosesə qoşuldu. ABŞ da istəyir bu prosesin içində olsun. Belə bir halda təbii ki, görüşdən imtina etmək düzgün olmazdı. Məsələr son dərəcə qarışıqdır. Ona görə də, bu görüşə adi görüşlərdən biri kimi yanaşmaq lazımdır.

İndi təşəbbüs Azərbaycanın əlindədir. Vaxt uzandıqca bu erməni tərəfinə də xeyir vermir. Təbii ki, vaxtın uzanması Azərbaycana da xeyir vermir. Ermənistanın ağlı olsa heç bir vasitəçidən istifadə etmədən, birbaşa görüş keçirər. Təəssüflər olsun ki, buna nə erməni hakimiyyəti, nə müxalifəti nə də cəmiyyəti buna hazır deyil. O toplum məğlub olub, ancaq bununla barışmaq istəmirlər. Bu da problemin həllinə mane olur. Azərbaycan heç bir halda güzəştə getməyəcək və getməməlidir də. Danışıqlar vasitəsi ilə məsələ həll olmasa, Azərbaycan qalan əraziləri də silah gücü ilə işğaldan azad edəcək. Azərbaycanın başqa çıxış yolu qalmır”.

Səxavət Məmməd

www.yenicag.az

900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv