!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elizabet Teylorun pərəstişkarları Kim Kardaşyanı HƏDƏLƏDİLƏR

!Reklam – Yazi

 

Erməni əsilli porno ulduz əfsanəvi aktrisa Elizabet Teyloru “özü kimilərindən biri” adlandırıb.

Yenicag.az xəbər verir ki, BBC Arts və Oskar mükafatlı istehsal şirkəti “Passion Pictures” Elizabet Taylor haqqında yeni sənədli film yaratmaq qərarına gəlib.
“Elizabet Teylor: Üsyançı Superstar” adlı üç hissədən ibarət serialın məqsədi “Teylora layiq olduğu əhəmiyyəti vermək”dir.

Kardaşyan serialın üç icraçı prodüserindən biri olacaq və serialın özündə də görünəcək. O, Teylor ilə dostluğundan danışacaq.

Pono ulduz Teyloru “öz kumirlərindən biri” adlandırıb.

Elizabet Teylorun pərəstişkarları Kim Kardaşyanın iştirakına görə Hollivud əfsanəsi haqqında yeni sənədli filmi boykot etməklə hədələyirlər.

Kardaşyan Teylordan 2011-ci ildə 79 yaşında ölümündən qısa müddət əvvəl müsahibə aldığnı deyib.

Ancaq Taylorun həyatından bənzərsiz və heç vaxt görülməmiş film vədinə baxmayaraq, bu, onun pərəstişkarlarını inandırmaq üçün kifayət etməyib.

Teylorun pərəstişkarları sosial şəbəkələrdə Kardaşyanı “linç” ediblər.
“Bu, ayıbdır, @BBC”, “Xeyr, qətiyyən yox. Bu, Elizabet Teylor üçün biabırçılıqdır”, “Bu, Elizabet Teylorun mirası üçün biabırçılıqdır”, – deyə onlar yazıblar.
Digərləri serialı boykot etməklə hədələyiblər.

Xuraman Etibarlı

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv