!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elm adamlarından XƏBƏRDARLIQ: “Sakit şəhər” zəlzələ ocağına ÇEVRİLƏ BİLƏR - FOTO

!Reklam – Yazi

“Beynəlxalq Cittaslow Dərnəyinin” “sakit şəhər” siyahısında olan Türkiyənin Antalya şəhərinin Finike səmtində 50 kilometr uzaqlıqdakı 3 aktiv fay xəttinin böyük zələzələyə səbəb olacağı ehtimal edilir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yerli mütəxəssislərin hesablamalarına görə, adı çəkilən bölgədə 7 bal gücündə zəlzələ olacağı ehtimalı var.

Finike Bələdiyyəsi, Aralıq dənizi Universiteti Mühəndislik Fakültəsi İnşaat Mühəndisliyi bölümü professor Dr.Dipovadan araşdırma aparmasını istəyib. Professor Dipov bunları bildirib:

“1926-cı ildə baş verən 6,5 bal gücündə zəlzələnin xüsusiyyətlərinə görə, analizləri təkrar etdik və məlum oldu ki, həmin zəlzələdə mayeləşmə olub, lakin o zaman ərazilərdə tikinti olmayıb. Zəlzələnin intensivliyi qayadan asılıdır. O, hiss olunandan 2,5 dəfə çox hiss olunacaq. Həll yolları mümkündür. İlk növbədə bu ərazidən tikintidən daha çox başqa ehtiyaclar üçün istifadə etmək lazımdır. Bu düzənlik əslində çox qiymətli əkinçilik sahəsidir və onun əkinçilik funksiyasının davam etdirilməsi zəlzələlər üçün də faydalıdır. Ərazidəki qırılmalardan ikisi daha əvvəl 6,5 bal gücündə zəlzələlər törədib. Hesablamalarımıza görə, yaxın gələcəkdə onların 7 ballıq zəlzələ yarada biləcəyi ehtimalı var”.

Sadiq Cavadov

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv