!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elm bizi hələ çox təəccübləndirəcək: Bu dəfə suyun üstünə yazı yazıldı - FOTO

!Reklam – Yazi

Elm adamları suyun üzərinə yazı yaza bilən qələm ixtira ediblər.

Yenicag.az xəbər verir ki, bu, Almaniya və Çin universitetlərinin akademik heyətindən ibarət qrupun araşdırması nəticəsində mümkün olub.

“Small” elmi jurnalında yayımlanan məqalədə alimlər batırıldığı mayedəki ionları dəyişdirərək pH-lı bölgələr əmələ gətirən xüsusi materialdan hazırlanmış 5o mikron genişliyində qələm icad etdiklərini bildiriblər.

Cihazdan çıxan və suda asılı qalan parçaların izləri xətlər əmələ gətirir ki, bu da yazının yazılmasını mümkün qılır.

Alimlər bu ixtiranın hələ ön mərhələdə olduğunu, daha da inkişaf etdiriləcəyini bildiriblər.

Suyun üzərinə araşdırmada yer alan alimlərin çalışdıqları universitetlərin qısaltmaları yazılıb.

www.yenicag.az

1462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv