!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elm və təhsil komitəsinin növbəti iclası keçirildi

!Reklam – Yazi

Martın 6-da Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirlib ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə birinci oxunuşda olan iki qanun layihəsinin – “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik olunması barədə qanun layihələrinin daxil edildiyini bildirib. Mahiyyətcə bir-biri ilə bağlı olan qanun layihələri haqqında məlumat verən komitə sədri çıxışında Prezident İlham Əliyevin əhalinin aztəminatlı təbəqələrindən olan və sosial müdafiəyə xüsusi ehtiyac duyan şəxslərin təhsilə əlçatanlığını genişləndirməyə xidmət edən siyasətindən söz açıb.

Komitə sədri bildirib ki, müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb və qanunun yeni redaktədə təqdim olunan 14.8-1-ci maddəsində bu şəxslərin tam dairəsi müəyyənləşdirilib.

Müzakirəyə çıxarılan ikinci qanun layihəsində isə sosial müdafiəyə xüsusi ehtiyac duyan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin digər qanunlarda da təsbit olunması təklif edilib.

Müzakirələrdə çıxış edənlər qanun layihələri ilə bağlı fikirlərini bildirib, təkliflərini və suallarını səsləndiriblər.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib və onların suallarını cavablandırıblar.

Müzakirənin sonunda hər iki qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv