!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi bu çatışmazlıqları aradan qaldırmalıdır" - Təhsil eksperti

!Reklam – Yazi

“Ölkəmizdə elmi-kütləvi proqramlar üzrə tədbirlərin sayı olduqca azdır”.

Bu sözləri elmi-kütləvi və mədəni-maarif proqramları üzrə mövcud vəziyyəti şərh edən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə sözügedən istiqamətlər üzrə ciddi çatışmazlıqlar var və bu problem öz həllini tapmalıdır:

“Ölkəmizdə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları istiqamətində müəyyən addımlar atılsa da, istədiyimiz səviyyədə deyil. Sözügedən proqramların müasir dövrünün araşdırılması və daha çox inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi məqsədəuyğundur. Məlumdur ki, hazırda informasiya texnologiyaları əsrində yaşayırıq və bu əsr hər an inkişaf edir. Texnologiyanın sürətli inkişafı cəmiyyəti müasir çağırışlara səsləyir. Ona görə də təhsil, elm və mədəniyyət sahələrində olan yeniliklərin tətbiqi daha effektiv nəticə verə bilər. Bu gün ölkədə fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri kurikulum əsaslı təhsil proqramına söykənir. Ali təhsil müəssisələrində isə bolonya sistemi mövcuddur. Elmi-kütləvi istiqamət üzrə isə bu yaxınlarda Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Ölkəmizdə elmi-kütləvi proqramlar üzrə tədbirlərin sayı olduqca azdır. Halbuki bu proqramlar sıx şəkildə həyata keçirilməlidir və orada elm adamları, akademiklər iştirak etməli, müxtəlif universitet və məktəblərin müəyyən elmi işləri önə çıxarılmalıdır. Azərbaycanda xüsusən də mədəni-maarif proqramları üzrə çatışmazlıqlar mövcuddur. Müvafiq qurumlar bu çatışmazlıqların aradan qaldırılması üçün işlər görməlidir. Xüsusən də Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi qeyd olunan istiqamətlərdə proqramların hazırlanmasına və təbliğatına önəm verməlidirlər”.

Gülşən Şərif

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv